GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniya, Finlandiya və ümumilikdə Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə mexanizmini sürətlə gücləndirməyə çalışdığı müşahidə olunur.
Məlumata görə, xüsusilə Almaniya “Deutschland” kimi tanınan gizli plan çərçivəsində hazırlıqlar görür.
Ölkənin bütün nəqliyyat və enerji infrastrukturun səfərbər ediləcəyi, 48 saat ərzində 800 minə qədər NATO əsgərinin və 200 minə yaxın texnikanın cəbhə bölgələrinə daşınmasının planlandığı deyilir.
Maraqlıdır ki, Finlandiya da NATO-ya üzv olduqdan sonra hərbi istehsalını artıraraq, müdafiə sahəsində aktiv rol oynamağa başlayıb.
Avropa nəyə hazırlaşır? Bu təcili və günişmiqyaslı tədbirlərin səbəbi nədir?
Gloalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Avropada son aylar müşahidə olunan hərbi hərəkətlilik və strateji planlamalar qitənin yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq cəhdlərinin bariz nümunəsidir: “Fransanın Səhiyyə Nazirliyindən sızdırıldığı iddia edilən məktubda Aİ ölkələrinin “müharibədən əvvəlki rejim”ə keçidindən bəhs olunması, ictimaiyyət arasında ciddi rezonans doğurub.
Bu, təkcə daxili hazırlıq mexanizmlərinin deyil, həm də qlobal güc balansının Avropa mərkəzli şəkildə yenidən qurulduğunu göstərir.