Gizli şəkildə evlənən ulduz ata oldu Foto

08.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqaard ilk dəfə ata olub.

Publika.az xəbər verir ki, norveçli futbolçunun oğlu dünyaya gəlib. Bu barədə futbolçunun özü sosial şəbəkədə məlumat verib.

“01/12/2024. Biz səni çox sevirik, balaca balamız”, – cütlük yazıb.

Yeni doğulan körpənin adı açıqlanmır. Bu ilin noyabrında məlum olub ki, Martin Odeqaard və sevgilisi Helen gizli şəkildə evləniblər və uşaq dünyaya gətirəcəklər.

Martin və Helen münasibətlərini 2023-cü ildə ictimaiyyətə açıqlamışdı.

Qeyd edək ki, Martin Odeqaard topuq biləyindən aldığı zədə səbəbindən iki aylıq fasilədən sonra bir neçə həftə əvvəl meydana qayıdıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью