Gizligizli sevişdiyim dostumun bacısı Oğuz Ayvaz | Icma.az
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Oğuz Ayvazın “Mənim keçmiş sevgililərim” adlı silsiləsindən qələmə aldığı növbəti y
Bir ildən sonra İntizarı unutmuşdum. Yeniyetmə hisslərim, duyğularım o qədər coşqun, alovlu, çılğın idi ki, bir yerə bənd ola bilmirdim.
Bu dəfə can dostumun bacısına aşiq olmuşdum. O da qapı qonşum idi. Adı İlahə idi.
Nə hikmət idisə sevdiyim qızların baş hərfi İ ilə başlayırdı. Deyəsən, elə balacalıqdan ona vurulmuşdum.
Onu xəyal etmək, saçlarının qoxusunu burnumda hiss etmək gündəlik peşəmə çevrilmişdi. İlk ehtirasım, ilk sevgim o qızda toplanmışdı.
İçimdə zəlzələ törədəcək sevginin uğultusu qulaqlarımı batırırdı. Məhəlləmizdə işıq sönəndə qonşu qız pilləkən meydançasına çıxardı.
Mən də girəvəyə salıb onu öpərdim. Onu işıqlı yerdə öpməyə ürək eləmirdim. O, anası, qardaşları ilə yaşayırdı.
Bir qardaşı ilə qardaşdan da yaxın dost idik. İlahə ətli, budlu, gülərüz, şabalıdı, uzun saçlı, yanaqları al-al bir qız idi.
Tam oxu
Xəbəri oxu