GJC çağırış etdi: Azərbaycana bu məhsulu göndərməyin!

19.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Hindistanın yerli qiymətli daşlar və zərgərlik sənayesini təmsil edən Ümumhindistan Qiymətli daşlar və Zərgərlik Şurası (GJC) öz üzvlərindən Türkiyə və Azərbaycanla biznes fəaliyyətini dayandırmağı xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə Hindistanın “Hindu” (The Hindu) nəşri məlumat yayıb.

Müraciətə səbəb Pakistan-Hindistan gərginliyi zamanı Azərbaycan və Türkiyənin İslamabada birmənalı dəstəyidir.

Qeyd edək ki, bu çağırış siyasi xarakterli şoudur. Çünki sözügedən qiymətli daşların ixracından qazanan tərəf Hindistandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью