Global Firepower: Azərbaycan hərbi gücə görə regionda liderliyini qorudu

26.01.2026

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Global Firepower: Azərbaycan hərbi gücə görə regionda liderliyini qorudu

“Global Firepower” portalı dünyanın hərbi gücə malik ölkələrinin yenilənmiş reytinqini dərc edib. Azərbaycan reytinqdə mövqeyini qoruyaraq 60-cı pillədə qərarlaşıb. Bu, Cənubi Qafqazda ən yüksək göstəricidir.

Oxuməni.az xəbər verir ki, qonşu ölkələr – Ermənistan və Gürcüstan mövqelərini itiriblər. Ermənistan 91-ci yerdən 101-ci yerə düşərək ilk yüzlüyü tərk edib. Gürcüstan isə 94-cü yerdən 95-ci yerə enib.

Hərbi ekspertlər Azərbaycanın quru qoşunlarının potensialını yüksək qiymətləndiriblər. Məsələn, tankların sayı (1354) baxımından Azərbaycan Silahlı Qüvvələri dünyada 14-cü yeri tutub. Özüyeriyən artilleriya qurğularının sayı (135) baxımından Azərbaycan ordusu Almaniyanı qabaqlayaraq dünya reytinqində 29-cu yeri tutub. Yaylım atəşli reaktiv sistemləri (YARS) baxımından Azərbaycan ordusu 9-cu yeri tutaraq dünyanın ilk on ölkəsi sırasına daxil olub. Azərbaycan qüvvələrinin demək olar ki, 700 raket qurğusu var.

Ermənistan ordusu zərbəedici vertolyotların (20) və özüyeriyən artilleriya qurğularının (104) sayı baxımından dünyanın ilk 40-lığına daxil olub. Gürcüstan Silahlı Qüvvələrinin aydın şəkildə güclü tərəfləri yoxdur, lakin zərbəedici vertolyot parkı və özüyeriyən artilleriya baxımından ölkə ordusu dünyanın ilk 50-liyinə daxil olub.

“Global Firepower”-un ilk üçlüyü ötən ildən dəyişməyib. Hərbi gücə görə liderliyi hələ də ABŞ, ikinci yeri Rusiya, üçüncü yeri isə Çin tutub.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью