Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün "Global Media Group"a daxil olan "Global Management" altı yaşını qeyd edir.
Ölkə.az xatırladır ki, "Global Management" 2020-ci ildən beynəlxalq idarəetmə sistemləri əsasında fəaliyyət göstərən autsorsinq şirkətidir.
Şirkətin fəaliyyət istiqamətinə maliyyə və mühasibatlıq, marketinq və satış, informasiya texnologiyaları, satınalma və təchizat zənciri, insan resursları, hüquq xidməti, gömrük xidməti, keyfiyyət təminatı və keyfiyyətə nəzarət xidmətləri daxildir.
Qeyd edək ki, "Global Management" MMC autsorsinq şirkəti qrupun tərkibinə daxil olan "Report" informasiya agentliyi, "Oxu.Az" xəbər saytı, "Baku TV" yayım portalı ilə birlikdə ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.
Ölkə.az kollektivi adından "Global Management"i təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!