Global Media Groupun yeddi əməkdaşı MEDİAnın fərdi jurnalist müsabiqəsinin qalibi olub Xəbər saytı Son xəbərlər və Hadisələr

02.12.2024

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Medianın İnkişafı Agentliyi tərəfindən 29 oktyabr 2024-cü il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb, "Global Media Group"un 7 əməkdaşı müsabiqədə qalib olub

BAKU.WS xəbər verir ki, müsabiqədə ən yaxşı sosial-iqtisadi təhlil nominasiyasına layiq görülənlərdən biri "Report" İnformasiya Agentliyinin əməkdaşı Məmmədli İlahə Firdovsi qızıdır.

Həmçinin ən yaxşı jurnalist araşdırması nominasiyasına layiq görülənlərdən biri Agentliyin əməkdaşı Əhmədova Gülər Seymur qızıdır.

Bundan başqa, həmçinin müsabiqədə "Global Media Group"un daha beş əməkdaşı - Piriyev Ceyhun Muzahim oğlu (BakuTV), Əliyev Məhərrəm İbrahim, Kərimova Böyükxanım Aydın (Oxu.az), Rzayev Timur Xanağa oğlu (Caliber.az), Əliyev Azad Akif oğlu (Kaspi.az) - müvafiq nominasiyalarda mükafatlara layiq görülüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью