“Global Tech Awards”: Dövlət Məşğulluq Agentliyi 2 nominasiya üzrə uğur qazandı

16.04.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Global Tech Awards” beynəlxalq müsabiqəsində 2 nominasiya üzrə uğur qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, müsabiqədə Agentliyin “Məzunların məşğulluq reytinqi” platforması və qurumun məşğulluq sahəsində həyata keçirdiyi rəqəmsal layihələri “Təhsil texnologiyaları” və “Dövlət texnologiyaları” kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb.    

https://www.globaltechaward.com/winners?c=6389da74ad5492e1a64d7cb2           

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Avstraliya, Türkiyə, Belçika və digər ölkələrin dövlət və özəl qurumları da iştirak ediblər. 

“Global Tech Awards” innovasiya, yaradıcılıq və texnoloji nailiyyətləri rəhbər tutaraq, qlobal miqyasda müstəsna texnoloji həlləri müəyyən edən nüfuzlu beynəlxalq platformadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью