Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Beynəlxalq marka dəyərləndirmə qurumu "Brand Finance” tərəfindən hazırlanan "Global50
Qaynarinfo xəbər verir ki, "Apple” 607,6 milyard dollarla ötən il olduğu kimi dünyanın ən dəyərli markası seçilib.
Şirkətin marka dəyərinin 2025-ci ildə 574,5 milyard dollar olduğu bildirilmişdi.
"Apple”i müvafiq olaraq təxminən 565,3 milyard dollarla "Microsoft”, 433,1 milyard dollarla "Google” izləyib.
"Microsoft”un marka dəyəri 2025-ci ildə təxminən 461,1 milyard dollar, "Google”un isə 413 milyard dollar səviyyəsində idi.
Siyahıda ABŞ şirkəti "Amazon” təxminən 369,9 milyard dollarla 4-cü, "Nvidia” 184,3 milyard dollarla 5-ci, Çin şirkəti "TikTok” 153,5 milyard dollarla 6-cı, ABŞ pərakəndə ticarət şirkəti "Walmart” 141 milyard dollarla 7-ci, Cənubi Koreya şirkəti "Samsung” 119,2 milyard dollarla 8-ci, ABŞ şirkəti "Facebook” 107 milyard dollarla 9-cu, Çin şirkəti "State Grid” isə 102,4 milyard dollarla 10-cu pillədə qərarlaşıb.
Araşdırmanın nəticələrinə görə, ölkələr üzrə sıralamada ABŞ lider mövqedədir.
"Global 500” siyahısına daxil olan şirkətlərin 192-si ABŞ mənşəlidir.