“Globe Soccer Awards”dan ən yaxşı adına 33 namizəd İdman və Biz

14.11.2024

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Globe Soccer Awards” 2024-cü ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda 33 oyunçu yer alıb.

“Real”ın daha çox – 6 futbolçusu namizədlər sırasındadır. “Qızıl top”un sahibi Rodri növbəti mükafata iddialıdır.

Lionel Messi və Kriştiano Ronaldo da namizədlər sırasına daxil edilib: Lautaro Martines, Hakan Çalhanoğlu, Nikolo Barella (hamısı “İnter”), Kilian Mbappe, Cud Bellinqem, Dani Karvaxal, Rodriqo, Federiko Valverde, Vinisius Junior (hamısı “Real”), Artyom Dovbik (“Roma”), Rodri, Erlinq Haland, Fil Foden (hamısı “Mançester Siti”), Antuan Qrizmann (“Atletiko”), Alexandro Qrimaldo, Qranit Caka, Florian Virts (hamısı “Bayer”), Viktor Qyokereş (“Sportinq”), Harri Keyn (“Bavariya”), Toni Kroos (karyerasını bitirib), Dani Olmo, Lamin Yamal, Robert Levandovski (hamısı “Barselona”), Ademola Lukman (“Atalanta”), Emiliano Martines (“Aston Villa”), Lionel Messi (“İnter Mayami”), Koul Palmer (“Çelsi”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Bukayo Saka, Vilyam Saliba (hər ikisi “Arsenal”), Məhəmməd Salah (“Liverpul”), Vitinya (PSJ), Niko Uilyams (“Atletik”).

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью