Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gncədə azyaşlı bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Mia.az-a bildirilib ki, iyunun ayının 5-də Gəncə Şəhər Baş Polis İdarəsinə yetkin yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü R. İ saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.