“Goal” nəşri: “Qarabağ” məntiqləri alt üst etdi

29.01.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 yanvar, AZƏRTAC

Nüfuzlu “Goal” nəşri “Dörd ay davam edən, 144 oyunun keçirildiyi UEFA Çempionlar Liqasının liqa mərhələsində kimlər qazandı, kimlər uduzdu?” başlıqlı yazı dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” ən yaxşılar sırasında göstərilib.

“Əsas mərhələ başlamazdan əvvəl “Qarabağ”ın turnirin ən zəif komandası olduğunu düşünürdük. Ötən mövsüm Avropa Liqasını sonuncu pillədə başa vuran bir kollektivin qitənin elitası ilə necə rəqabət aparacağını təsəvvür etmək çətin idi. Nadir hallarda belə yanılırıq. Amma bu dəfə yanıldığımıza görə sevinirik”, - deyə yazıda vurğulanıb.

Bildirilib ki, Azərbaycan çempionunun bütün məntiqləri alt-üst edən çıxışı liqa mərhələsinin startından sonunadək tamamilə qeyri-adi alındı. Nəşr xatırladır ki, Qurban Qurbanovun komandası ilk turda “Da Luş” stadionunda “Benfika”nı məğlub etməklə hər kəsi təəccübləndirdi.

Qeyd olunub ki, Mersisayd səfərində alınan ağır məğlubiyyət Ağdam klubunun uğuruna kölgə salmamalıdır: “Qurban Qurbanovun da qeyd etdiyi kimi, Azərbaycan təmsilçisi pley-offa yüksəlməyi tamamilə haqq edib. Baş məşqçinin sözlərinə görə, liqa mərhələsində keçirilən səkkiz oyunun ümumi mənzərəsinə baxdıqda komanda bir çox çətinliyi dəf edib”.

Yazıda vurğulanıb ki, VII turda Almaniyanın “Ayntraxt” klubuna qarşı qazanılan həlledici qələbə bunun ən dramatik nümunəsi oldu: “Qarabağ” matçın bitməsinə 10 dəqiqə qalmış 1:2 hesabı ilə geri düşdüyü halda, son saniyələrdə vurulan qələbə qolu Bakıda böyük sevincə səbəb oldu. Həmin anlarda Qurban Qurbanov və bir sıra futbolçular göz yaşlarını saxlaya bilmədilər. Məhz bu qarşılaşma idmanda gözlənilməzliyin həmişə mövcud olduğunu və favoritlərin şansı nə qədər yüksək olsa da, sürprizlərin qaçılmazlığını göstərdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью