“Goal”ın sorğusunda 1ci yeri tutdu

19.11.2024

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Goal” XXI əsrin ən yaxşı qapıçısını müəyyənləşdirmək üçün sorğu keçirib.
Populyar idman portalının təşkil etdiyi səsvermədə Canluici Buffon qalib gəlib.
İtaliya yığması ilə DÇ-2006-nın qalibi olan Buffondan sonrakı 9 yeri bu əlcək sahibləri tutublar: Manuel Noyer (Almaniya), İker Kasilyas (İspaniya), Petr Çex (Çexiya), Tibo Kurtua (Belçika), Alisson Beker (Braziliya), Oliver Kan (Almaniya), Edvin van der Sar (Niderland), Yan Oblak (Sloveniya), Emiliano Martines (Argentina). Maraq üçün ilk “10-luğ”a düşənlərdən Kurtua (Real), Alisson (Liverpul), Oblak (Atletiko) və Martinesin (Aston Villa) karyerasını davam etdirdiklərini qeyd edək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью