Göbəklitəpədə insan qəbirləri tapıldı İlk dəfə

25.09.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın bilinən ən qədim memorial tikili komplekslərindən olan Göbəklitəpədə qazıntılar başlayandan bəri ilk dəfə insan qəbirləri tapılıb.
Kulis.az xəbər verir ki, Almaniya Arxeologiya İnstitutunun tədqiqatçılarının "PLOS One" elmi jurnalında dərc olunan araşdırmasına görə, təxminən e.ə. 8700–8000-ci illərə aid iki ayrı dəfn yeri müəyyən edilib.
Qəbirlərdən birində yaşlı qadın, gənc oğlan və yeniyetmə qız skeletləri, digərində isə 20-30 yaşlarında bükülü vəziyyətdə dəfn edilmiş gənc qadın skeleti ortaya çıxarılıb.
Qeyd edək ki, təxminən 10 min il əvvələ aid bu tapıntı Göbəklitəpənin yalnız müəyyən dövrlərdə dini mərasimlər üçün toplaşılan ibadətgah deyil, həm də gündəlik həyatın davam etdiyi daimi yaşayış məskəni olduğu fərziyyəsini daha da möhkəmləndirir.

Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu “Harri Potter” serialının premyera tarixi açıqlandı – Təfərrüatlar "Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью