Göbələk yedikdən sonra halı pisləşən kişi öldü Foto

29.05.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.

Axar.azc Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Şurabad kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədov göbələk yedikdən sonra halı qəfil pisləşib.

O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью