Göbələk yığan kəndli pələngə yem oldu

29.09.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Hindistanda meşəyə göbələk yığmağa gedən kişi pələng tərəfindən öldürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qadçiroli rayonunda baş verib.

45 yaşlı Balu Vittal Raut meşədən qayıtmayıb və həmkəndliləri onun axtarışına başlayıblar. 1 gündən sonra kişinin eybəcər hala düşmüş cəsədini tapıblar. Yaralar və caynaq izləri onun pələng tərəfindən öldürüldüyünü deməyə əsas verib. Üstəlik, meyitin ayaqları olmayıb. Güman ki, pələng onları yeyib.

Fakt yaxın kəndlərin sakinlərinin ciddi narahatlığına səbəb olub. Odun və meyvə yığmaq üçün tez-tez meşəyə getməli olan sakinlər meşə təsərrüfatı departamentindən pələngin tapılaraq zərərsizləşdirilməsini tələb ediblər.

Yeri gəlmişkən, departament mərhumun ailəsinə 50 min rupi (təxmini 885 manat) birdəfəlik kompensasiya ödəyib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью