Gobustone məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb

07.05.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

"AAC" MMC-nin nizamnamə kapitalı 30 milyon manat azaldılıb.

Marja.az xəbər verir ki, "AAC" şirkətinin nizamnamə kapitalı 40 milyon manatdan 10 milyon manata düşüb. 

""AAC" MMC nizamnamə kapitalının 40 milyon manat məbləğindən 30 milyon manat azaldılaraq 10 milyon manat olduğunu elan edir. Kreditorlar öz tələblərini hüquqi ünvana təqdim edə bilərlər",- Şirkətin bildirişində deyilir.

Qeyd edək ki, "AAC" şirkəti "Gobustone" hörgü bloklarının və digır tikinti materiallarının istehsalı ilə məşğul olur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью