“Godzilla” Yaponiyada tarixi rekord qırdı

06.11.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əfsanəvi canavarın yeni macərası dünya kino bazarının diqqətini üzərinə çəkib.

Kulis.az xəbər verir ki, “Godzilla Minus Zero” Yaponiyada canlı çəkilişlə hazırlanmış filmlər arasında ən yüksək ilk gün kassa gəliri əldə edən ekran əsəri olub.

Toho və GKIDS şirkətlərinin açıqlamasına əsasən, film nümayişə çıxdığı ilk gün 910 milyon yen, təxminən 5,75 milyon dollar gəlir gətirib. Seanslara 590 mindən çox tamaşaçı qatılıb. Bu nəticə 2023-cü ildə böyük uğur qazanan “Godzilla Minus One” filminin ilk gün göstəricisindən 201 faiz yüksəkdir.

Yeni ekran əsərinin rejissoru, ssenari müəllifi və vizual effektlər üzrə rəhbəri Takasi Yamazakidir. Filmdə müharibədən sonra yenidən qurulmağa çalışan Yaponiyanın üzləşdiyi yeni təhlükədən bəhs edilir.

Əvvəlki filmin Oskar qazanması “Godzilla” franşizasına beynəlxalq marağı əhəmiyyətli dərəcədə artırmışdı. Yeni ekran əsərinin noyabrın 6-da Şimali Amerikada geniş nümayişə çıxması isə rekordun daha da böyüyə biləcəyi ehtimalını artırır.

Məşhur aktyor fəxri mükafata layiq görüləcək Bu gün Füzuli Şəhəri Günüdür Mayk Tayson Türkiyə serialında çəkiləcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью