Icma.az, Fanat portalına istinadən məlumat verir. "Rubin"in əvəzedici komandasının türkiyəli baş məşqçisi Gekdeniz Karadeniz vəzifəsindən ay
Fanat.Az xəbər verir ki, məlumatı Kazan klubunun rəsmi "Teleqram" kanalı yayıb.
Türkiyəli mütəxəssisin məşqçilər heyətində yer alan Andrey Fedorov "Rubin-2" komandasının baş məşqçisi vəzifəsini müvəqqəti icra edəcək.
Karadeniz 2023-cü ilin iyul ayından "Rubin-2" komandasına başçılıq edirdi.
Onun rəhbərliyi altında üç mövsüm İkinci Liqada çıxış edən "B komandası" bu müddət ərzində iki dəfə bürünc medal qazanıb.
Karadeniz "Rubin"in əsas komandası ilə iki dəfə Rusiya Premyer Liqasının qalibi olub, Rusiya Kuboku və Superkubokunu (2 dəfə) qazanıb.
Abunə Ol Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.