Gökhan Gönül Türkiyə yığmasından ayrılıb

27.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 may, AZƏRTAC

Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Gökhan Gönül postundan ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Gökhan Gönül 2024-cü ilin yanvarından sözügedən vəzifədə çalışırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью