Olay.az saytına istinadən Icma.az xəbər verir.
Türk pop musiqisinin sevilən sənətçilərindən olan Göksel 31 yanvar tarixində Bakıda musiqisevərlərlə görüşməyə hazırlaşır.
OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayında səhnəyə çıxacaq.
“Aşkın Yalanmış”, “Karar Verdim”, “Uzaktan”, “Yalnız Kuş”, “Depresyondayım” və “Gittiğinde” kimi yaddaşlara həkk olunan əsərlərini azərbaycanlı tamaşaçıları üçün səsləndirəcək olan Göksel səhnədəki səmimi performansı və güclü repertuarı ilə izləyicilərə emosional və coşqulu anlar yaşadacaq.
Gökseli səhnədə tanınmış tar ifaçısı Rəşid Bəylərli müşayiət edəcək.
Karyerası boyunca həm mahnı müəllifliyi, həm də ifaçılığı ilə türk pop musiqisində özünəməxsus yer qazanan Göksel fərqli nəsillərdən olan dinləyiciləri bir araya gətirən səhnə enerjisi ilə tanınır.
Sənətçinin Bakı konserti musiqisevərlər üçün mövsümün ən özəl tədbirlərindən biri olmağa namizəddir.