Göldə boğulan Sevda Nəbiyeva həkim imiş

01.07.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Goranboyda qadın göldə batıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. 53 yaşlı Sevda Nəbiyevanın meyiti göldən çıxarılıb.

Qeyd olunur ki, mərhum Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həkim olaraq çalışıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью