Göldə eyni vaxtda dörd nöqtədə yanğın baş verib

24.11.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Göldə eyni vaxtda dörd nöqtədə yanğın baş verib


Türkiyənin Afyonkarahisar vilayətində yerləşən Eber gölündə gecə saatlarında eyni vaxtda dörd fərqli nöqtədə yanğın başlayıb.
Ölkənin 12-ci ən böyük gölü olan Eber gölünün Sultandağı rayonunun ərazisinə düşən hissəsində qurumuş qamışlıqlar alovlanıb. Güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılıb. Göl ətrafında yüksələn alov və tüstü kilometrlərlə uzaqdan, o cümlədən Bolvadin və Çay rayonlarından da müşahidə olunaraq yerli sakinlər arasında narahatlıq yaradıb.
Yanğının məhz eyni vaxtda dörd ayrı nöqtədə başlaması xüsusi diqqət çəkib. Quru qamışlıq sahələr və əlverişsiz hava şəraiti alovun sürətlə yayılmasına zəmin yaradıb. Yanğının söndürülməsi və daha geniş sahələrə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülüb.
Qeyd edək ki, Eber gölü Türkiyənin mühüm ekoloji ərazilərindən biri hesab olunur. Burada baş verən yanğınlar gölün ekosisteminə, zəngin bitki örtüyünə və canlıların təbii yaşayış mühitinə ciddi təhlükə yaradır.

Şahmurad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью