Golden boy mükafatının sahibi bilindi

27.11.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qızıl oğlan" (Golden boy) mükafatını "Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal alacaq. Sport24.az "Diario Sport"-a istinadən xəbər verir ki, bu mükafat ilin ən yaxşı gənc oyunçusuna verilir. Yamal nüfuzlu fərdi mükafatı bu gün – noyabrın 27-də alacaq.

17 yaşlı futbolçu bu mövsüm 12 matçda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qızıl oğlan" mükafatının sahibi ötən il "Real"ın və İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью