“Golden Boy”a əsas iddiaçı odur

02.06.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlin ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatına əsas namizəd məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə “GiveMeSport” portalı məlumat yayıb. PSJ-nin vineri Dezire Due siyahıda birinci sıradadır. Komandasının Çempionlar Liqasını qazanmasından sonra Due mükafat üçün əsas iddiaçıdır.

19 yaşlı futbolçu başa çatan mövsümdə 54 oyunda 15 qol vurub, 16 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью