“Goldman Sachs” Fed in faiz artımı ilə bağlı proqnozunu təxirə salıb

30.09.2026

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” Fed-in faiz artımı ilə bağlı proqnozunu təxirə salıb.

Banco.az xəbər verir ki, “Goldman Sachs”ın iqtisadçıları Nyu-York Federal Ehtiyat Bankının (Fed) rəhbəri Con Uilyamsın çərşənbə axşamı verdiyi açıqlamalar və çərşənbə günü yayımlanan inflyasiya məlumatlarından sonra Fed-in pul siyasəti ilə bağlı proqnozlarını dəyişiblər.

İqtisadçılar daha əvvəl oktyabr ayında baş verəcəyini gözlədikləri ikinci faiz artımına dair proqnozlarını dekabr ayına təxirə salıblar.

Yan Hatsiusun rəhbərlik etdiyi “Goldman Sachs” iqtisadiyyat komandası tərəfindən hazırlanan qeyddə çərşənbə günü açıqlanan avqust ayı üzrə fərdi gəlirlər və istehlak xərcləri məlumatlarında baza inflyasiya göstəricisinin gözləntilərdən daha az artdığına diqqət çəkilib.

Məlumata görə baza fərdi istehlak xərcləri (PCE) qiymət indeksi aylıq müqayisədə 0,25 faiz, illik əsasda isə 3,01 faiz artaraq “gözləntilərdən xeyli aşağı” nəticə göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью