Goldman Sachs ın Rusiyadakı payı erməni şirkətinə satılır

02.04.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putinin təsdiq etdiyi fərmanla "Goldman Sachs"ın bəzi rus şirkətlərindəki səhmlərinin "Balçuq Kapital" adlı şirkət tərəfindən alınmasına icazə verilib.

Teleqraf xəbər verir ki, "Goldman Sachs"ın səhmlərini satmaq səlahiyyəti olan şirkətlər arasında "Inter RAO", "Qazprom", "Rosneft", "Surgutneftegaz", "Novatek", "NLMK", "Rostelecom", "Tatneft" və "Lukoil" var.

Qeyd edək ki, "Balchug Capital"ın baş ofisi İrəvanda yerləşir. 2010-cu ildə investisiya şirkəti kimi yaradılıb.

Rusiya Mərkəzi Bankı 2024-cü ilin avqustunda "Goldman Sachs"ın broker lisenziyasını ləğv edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью