Gölə düşən pəncərə təmizləyən timsaha yem oldu VİDEO

30.11.2024

Icma.az, Sonxeber.az saytına istinadən bildirir.

Gölə düşən pəncərə təmizləyən timsaha yem oldu - VİDEO

Meksikanın Villahermosa şəhərində ailəsinin itkin düşdüyü bildirilən iki uşaq atası timsahın hücumu nəticəsində ölüb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 29 yaşlı Eduardo Rodrigezin qalıqları çərşənbə axşamı Tabasko əyalətindəki "Xəyallar gölü"ndən çıxarılıb. Hadisə şahidlərinin çəkdiyi kadrlarda timsahın Rodrigezi suya çəkdiyi anlar qeydə alınıb.

Şahid iki timsahın Rodrigezin cəsədi üzərində döyüşdüyünü və daha böyük timsahın qurbanını digər timsahlardan uzaqlaşdırdığını danışdı.

Mülki Müdafiə qrupları xəbər verdikdən sonra başlatdıqları axtarış zamanı Rodrigezin cəsədini və bəzi üzvlərini göldə üzən halda tapıblar.

Səlahiyyətlilər Rodrigezin gölə necə düşməsi ilə bağlı hələlik açıqlama verməyib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью