Gölün ərazisindəki “UAZ”dan 4 nəfərin meyiti tapıldı VİDEO

22.05.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

“UAZ” markalı avtomobildə 4 nəfərin meyiti tapılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin Teleqram kanalında məlumat verilib.
Müəyyən edilib ki, 2025-ci il mayın 21-də axşam saatlarında Nijni Novqorod vilayətinin Vıksa şəhərindəki gölün ərazisində “UAZ” markalı avtomobilin salonunda 4 nəfərin cəsədi aşkar edilib.
Meyitlərin məhkəmə-tibbi ekspertizaya göndərilməsi qərara alınıb. Zorakılıq izlərinə rast gəlinmədiyi qeyd edilir. 
Faktla bağlı cinayət işi açılıb.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью