Gölün suyu çəkilir, insan qalıqları ortaya çıxır Bu ölkədə

20.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Mid gölü sahillərində mənşəyi bilinməyən insan qalıqları tapılıb.

Redaktor.az "KLAS"a istinadla xəbər verir ki, sümükləri çimərlikdə istirahət edən bir qrup dost təsadüfən aşkar edib. Onlardan biri suda qəribə bir şey görərək onu çıxarıb. Məlum olub ki, bu, dişləri və plombları olan insan çənə sümüyüdür.

Hadisə yerinə gələn polis əməkdaşları qalıqların həqiqətən insana aid olduğunu təsdiqləyiblər. Onların kimə məxsus olduğu və göldə nə qədər müddət qaldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son dörd ildə Mid gölündə insan qalıqlarının tapılması ilə bağlı ikinci belə hadisədir. 2022-ci ilin mayında gölün sahilində çəlləyin içərisində bir kişinin qalıqları aşkar edilmişdi. Müstəntiqlər onun 1980-ci illərdə ölümcül güllə yarası aldığını müəyyən etsələr də, şəxsiyyəti hələ də məlum deyil.

Hər iki hadisə Mid gölündə suyun səviyyəsinin rekord həddə enməsi ilə eyni dövrə təsadüf edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью