Gömrük Akademiyasının tələbələri təqaüdlərini ala bilmir

04.02.2025

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Dövlət Gömrük  Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilmısinə baxmayaraq, hələ də Dövlət Gömrük Akademiyasının tələbələrinin təqaüdləri verilməyib.

AzPost bildirir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib.

Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.

“Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir” deyə tələbələr bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью