Gömrük gəliri 5 faiz çoxalıb

25.01.2025

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsindən “XQ”yə bildirilib ki, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard 650 milyon manat (2023-cü illə müqayisədə 4,9  faiz çox) təşkil edib. 

Məlumata əsasən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,2 faiz artaraq 2 milyard  4 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 1,1 faiz azalaraq 4 milyard 395   milyon manat, aksizlər üzrə daxilolmalar 8,9 faiz azalaraq 204  milyon manat, yol vergisi üzrə daxilolmalar isə 3,8 faiz artaraq 44  milyon manat olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью