Icma.az bildirir, Axar.az portalına istinadən. Delta Qrup C.O.
MMC-nin rəhbəri İlkin İmran oğlu Şabanov Məhəmməd Niyaz oğlu Cahangirzadəni və onun rəhbəri olduğu Pacific Bread MMC–ni (№1 Çörək Zavodu) əmək münasibətləri ilə bağlı məhkəməyə verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, İ.Şabanov iddia ərzəsində direktor vəzifəsindən azad olunmasını istəyib, yəni qanuni təmsilçi olmaq istəməyib.
Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrlik etdiyi iclasda qərar çıxarılıb.
Qərara görə, İ.Şabanovun iddiası qismən təmin olunub. Onun vəzifəsindən uzaqlaşdırılması üçün öhdəlik təmin olunub.
Bundan sonra tərəflər Bakı Apellyasiya Məhkəməsinə üz tutublar. Yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, Cahangir Cahangirzadə 2001-2011-ci illərdə “Beynəlxalq Bank”ın Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri olub.
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin cinayət işində adı keçib.