Gömrük generallarının pensiya QALMAQALI Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK? | Icma.az
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq. Xəbər verildiyi kimi Dövlət Gömrük Komitəsində 250 nəfər yüksəkrütbəli sabiq vəzifəli şəx
Yerli mətbuatın iddiasına görə, araşdırma DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib.
MÖVZU İLƏ BAĞLI:Həbs edilən gömrük generalları ev dustaqlığına BURAXILDI Araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub.
Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəsiləri (general, polkovnik və digər rütbəli) də var.
Belə ki, həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb.
Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub.
Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib.Beləliklə, həmin şəxslər 20 illik xidmətə görə təqaüdə çıxmalı olduqları halda iş stajlarını başqa qurumlardakı fəaliyyətlərinin hesabına 10 il artırıblar.Hazırda Dövlət Gömrük Komitəsi dövlət büdcəsindən kənar pensiya alan sabiq gömrük əməkdaşlarına sözügedən vəsaitləri geri qaytarmağı tələb edir.Həmin şəxslərin çox hissəsi sözügedən vəsaiti geri qaytarmadıqları üçün Komitə tərəfindən məhkəməyə verilib.Dəymiş zərər geri ödəniləcək?Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Dövlət Gömrük Komitəsi sədrinin addımı alqışalayiqdir:“Yəqin ki, qanunsuz şəkildə pensiya alanların pensiya hüququ ləğv olunacaq və dövlətə dəymiş zərər geri ödəniləcək.
Hesab edin ki, 250 nəfərin hər biri 1000 manat pensiya alırsa, bu ayda 250 min, ildə isə 3 milyon manat vəsait deməkdir.
Tam oxu
Xəbəri oxu