Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması və fərqlənmə nişanları alacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, satınalmanın ehtimal olunan ümumi dəyəri 282 580,50 manat təşkil edir.
Satınalma çərçivəsində müxtəlif kateqoriyalara aid gömrük işçiləri üçün geyim dəstlərinin alınması nəzərdə tutulur.
Qeyd edək ki, yeni formalar gömrük əməkdaşlarının xidməti fəaliyyətində vahid geyim standartlarının təmin olunmasına xidmət edir.