Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
30 yanvar Gömrük əməkdaşlarının peşə bayramı günündə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə 2025-ci il ərzində xidmətdə əldə etdikləri yüksək nəticələrə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin inspektoru Minarə Qafarova “Gömrük Xidməti Əlaçısı” döş nişanı və Mərkəzi Gömrük Hospitalının İnformasiya Texnologiyaları şöbəsinin mühəndis-proqramlaşdırıcı Natiq Orucov “Gömrük orqanlarında xidmətə” görə 3-cü dərəcəli döş nişanı ilə təltif olunublar.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov, Mərkəzi Gömrük Hospitalının Planlaşdırma və marketinq şöbəsinin rəisi Leyla Mustafayeva, PR üzrə mütəxəssis Dilarə Zamanova, Marketinq üzrə mütəxəssis Salva Rüstəmova, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqov, anestezioloq-reanimatoloq Mehdi Əliyev, böyük tibb bacısı Aysel Nəsibova, Sığorta şöbəsinin rəisi İlahə Məmmədova, Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim-cərrahı Kamran Beydullayev, Kardiologiya şöbəsinin həkim-kardioloqu Günay Hətəmova Azərbaycan Respublikası Gömrük İşini aparan İcra Hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif olunublar.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynovaya gömrük xidməti polkovnik leytenantı növbəti xüsusi rütbəsi vaxtından əvvəl və Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin rəisi İlqar Qasımova Gömrük xidməti mayoru ilk xüsusi rütbəsi verilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov, Hüquq şöbəsinin inspektoru Səmra Qasımova, Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Füzuli Abışov, təcili yardım həkimi Bəylər İmanov, Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynov, Xəstə Xidmətləri şöbəsinin həkim-statistiki Nanə Daşdəmirova, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacıları Aidə Əliyeva-Hüseynova, Elnurə Hürmətova, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova, Travmatologiya və Ortopediya şöbəsinin böyük tibb bacısı Nigar Maqsudova və Planlaşdırma və marketinq şöbəsinin marketinq üzrə mütəxəssisi Gülü Məmmədovaya təşəkkür elan edilib.
Gömrük işçilərinin peşə günündə gömrük işçilərinə göstərdiyi diqqətə görə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova təşəkkür edirik və təltif olunan bütün gömrükçüləri təbrik edərək şərəfli fəaliyyətlərində uğurlar diləyirik!