Gömrük Komitəsi 5 milyon manata nə alacaq?

30.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən kompüter avadanlıqları və aksesuarlarının satın alınması ilə bağlı tender elan edilib.

Bakıvaxtı.az-ın oxu.az-a istinadla məlumata görə, tenderin ehtimal olunan qiyməti 4 milyon 898 min manat təşkil edir.

Satınalma çərçivəsində müxtəlif növ kompüterlər, monoblok kompüterlər, mini fərdi kompüterlər və notbukların alınması nəzərdə tutulub.

Belə ki, tender üzrə 380 ədəd kompüter, 200 ədəd monoblok kompüter, 6 ədəd mini fərdi kompüter və 61 ədəd notbuk alınacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью