Gömrük Komitəsi 8 aydır bu məlumatı ictimaiyyətə açıqlamır

29.01.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Ötən il dövlət büdcəsinin gəlirləri 39 milyard 131,1 milyon manat təşkil edib və 2024-cü illə müqayisədə 5,3% və ya 1 milyard 969,3 milyon manat çox olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2025-ci ildə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 milyard 369,9 milyon manat təşkil edib və bu, 2024-cü ildəki göstəricidən 4,2% azdır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə ödənilən vəsaitlərin hansı səbəbdən azaldığı ilə bağlı rəsmi açıqlama verilməyib.
Məlumat üçün onu da bildirək ki, əvvəllər Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə ödənilən vəsaitlərin məbləği barədə hər ay mütəmadi olaraq məlumat paylaşsa da, artıq 8 aydır bu barədə ictimaiyyətə məlumat verilmir. Gömrük Komitəsinin dövlət büdcəsinə ödənilən vəsaitlərlə bağlı sonuncu məlumatı ötən ilin aprel ayına aiddir.

Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью