Gömrük Komitəsi avtomobillərini hərraca çıxardı

21.02.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi balansından olan avtomobillərin bəzilərini satışa çıxarıb.

Tribunainfo.az xəbər verir ki, DGK-nin satışa çıxardığı avtomobillər hərracda satılacaq. Belə ki, komitə hərraca ümumilikdə 18 avtomobil təqdim edib. Avtomobillərin əksəriyyəti VAZ 21214 minik avtomobilləridir. Siyahıda Nissan, Hyundai, Volksvagen kimi avtomobillər də var.

Sözügedən hərrac 18 mart tarixində təşkil ediləcək.

Nigar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью