Gömrük Komitəsindən buğda ilə bağlı açıqlama | Icma.az
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 602 min 255 ton buğda idxal edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edilib.
Məlumata görə, bu miqdarda buğdanın idxalına 130,661 milyon ABŞ dolları vəsait xərclənib.
pizza sifarişi Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 216 min 233 ton və ya 56%, dəyər ifadəsi ilə isə 45,482 milyon ABŞ dolları, yaxud da 53,4% artıb.
2024-cü ilin birinci yarısında Azərbaycana xarici ölkələrdən 386 min 22 ton miqdarında, 85,179 milyon ABŞ dolları dəyərində buğda idxal edilmişdi.
Hesabat dövründə ölkəyə idxal edilmiş buğda ümumi idxalın 1,13%-ini təşki edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu