Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son illərdə Azərbaycanda online ticarətin sürətli inkişafı ilə yanaşı, xaricdən mal gətirənlərin də sayı artıb.
Lakin burada diqqət çəkən məqam odur ki, bir çox şəxslər malları gömrükdən keçirmək üçün yalnız öz adlarından yox, həm də ailə üzvlərinin və hətta tanımadıqları insanların adına sifarişlər verir.
Əsas səbəb, gömrük limitinin məhdudluğudur. Mövcud qaydalara görə, hər bir fiziki şəxs xaricdən yalnız müəyyən həcmdə və dəyərdə mal gətirə
Limit keçildikdə isə əlavə gömrük rüsumları tətbiq olunur. Nəticədə isə satıcılar bir sifarişi hissələrə bölüb ailə üzvlərinin adına yazırla
Online satışla məşğul olan şəxslər bildirirlər ki, bu addımı atmağa məcburdurlar.
Çünki rəsmi idxalçı olmaq üçün yüksək vergi və rüsum ödəmək gərəkir, kiçik həcmli satış edənlər üçün bu xərc əlverişli deyil, malları gömrük rüsumu ilə keçirsələr, qiymət xeyli bahalaşır və bazarda rəqabət güclərini itirirlər.
Beləliklə, qaydanı pozmaq bir çox satıcı üçün yeganə çıxış yolu kimi görünür.