Gömrük nəzarətindən gizlədilən 24 000 siqaret aşkarlanıb

13.02.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib.

APA xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitələrinə gömrük baxışı həyata keçiriblər.

Yoxlama zamanı iki nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 24 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью