Gömrük orqanları tərəfindən büdcəyə 6,6 milyarddan çox vəsait daxil olub

18.04.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ötən il gömrük orqanları tərəfindən büdcəyə 6 milyard 648 milyondan çox vəsait daxil olub. 

"Unikal" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı deyib. 

Onun sözlərinə görə, ötən il gömrük orqanları tərəfindən 35 mindən çox hüquqpozmalar aşkar edilib.

"Əvvəllər hüquqpozmalarla bağlı məcburetmə yolunu tətbiq edirdiksə, indi bunun qarşısını almaq üçün profilaktik tədbirlər görülür. 

Ötən il 32 milyondan çox xidmət göstərilib ki, bunun da 99%-i elektron formada edilib", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью