Gömrük postunda yük maşınında gizlədilən külli miqdarda narkotik aşkar edilib FOTO | Icma.…
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Astara Gömrük İdarəsinin əməkdaşları həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Re
Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idarənin “Cənub-Astara” gömrük postunun idxal nəzarət xəttinə daxil olan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib.
Nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlamaya cəlb edilib.
Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən iki paletdəki 35 yeşikdən alma yükünün altında gömrük nəzarətindən gizlədilən, falqaya bükülmüş dördbucaqlı formalı, xalis çəkisi 36 kq 20 qr olan narkotik vasitə - marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu