Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası tibbi sərf mallarının satın alınması ilə bağlı satınalma həyata keçirir.
"Yeni Sabah" xəbər verir ki, satınalma üçün "PAŞA-K" firması seçilib. Şirkətlə 1 milyon 220 min 611 manat məbləğində satınalma müqaviləsi bağlanıb.
Qeyd edək ki, qalib gələn "PAŞA-K" firması barəsində bir qədər əvvəl gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. Şirkət gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparmaqda ittiham olunur. Dördpendirli pizza
Cəlalə Cəlalqızı