Gömrük tarifləri ilə bağlı dəyişiklik: Bu fəaliyyətlə məşğul olanlara güzəştlər təklif edi…
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2024-cü il dekabrın 24-də Prezident İlham Əliyevin fərmanı ilə “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, ötən ilin son həftəsi təsdiqlənən dəyişikliklərə əsasən, enerji sektorunda yaşıl texnologiyaların tətbiqi və ekoloji nəqliyyat vasitələrinin istehsalı ilə bağlı gömrük tariflərində yeni güzəştlər nəzərdə tutulub.
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Rəşad Həsənov saytımıza açıqlamasında bildirib ki, “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı fərman dekabrın 16-da təsdiq edilən həmin qanuna edilən düzəlişlərin tətbiqi ilə əlaqədar məsələləri əhatə edir: “Dəyişikliklərə əsasən bir neçə mühüm məqam gözdən qaçmamalıdır.
Birincisi, ümumilikdə tarif güzəştlərinin büdcəyə təsirlərinin qiymətləndirilməsi və effektivliyinin müəyyən edilməsi metodologiyası ilə bağlıdır.
Bu məsələnin çərçivəsini və metodologiyasını müəyyən etmək Nazirlər Kabinetinə məhz son sərəncamla tapşırılıb”.
Rəşad Həsənov deyib ki, ikinci məqam 3 əsas istiqamət üzrə tarif güzəştləri ilə bağlıdır: “Birincisi, dövlət-özəl əməkdaşlığı çərçivəsində 30 il müddətindən artıq olmamaq şərti ilə idxal olunan texnika, texnoloji avadanlıqların, hətta xammalın tariflərdən azad edilməsi məsələsidir.
İkincisi, elektrik enerjisinin istehsalı, enerji təchizatı sahəsinə birgə əməkdaşlıq layihələri formatında yerli yaşıl enerji, təmiz enerji istehsalçılarına münasibətdə həmin istehsalçılar tərəfindən idxal olunan texnika və texnoloji avadanlıqların gömrük tarifindən azad olunması məsələsidir.
Tam oxu
Xəbəri oxu