Gömrük terminalında meyit tapıldı

20.02.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda gömrük terminalında meyit tapılıb.

Modern.az xəbər verir ki, hadisə fevralın 19-da qeydə alınıb. Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью