Gömrükçülər 1,4 tondan çox narkotiki məhv etdi

19.02.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az -a bildirilib ki, aksiya çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 55 cinayət işi üzrə ümumilikdə 1432 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Bu narkotiklərin 70 faizi daha təhlükəli narkotiklər - 1001 kiloqram 6 qramı heroin, 15,4 faizi, yəni 222 kiloqram 540,832 qramı metamfetamin olub.
Bundan əlavə, 180 kiloqram 882,748 qram tiryək və digər maddələr də məhv edilib. Onu da qeyd edək ki, gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən götürülərək məhv edilən narkotiklərin 98 faizi, yəni 54 fakt üzrə 1431 kiloqram 960 qramı cənub sərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulub.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью