Gömrükçülər pirotexniki vasitə aşkarlayıb FOTOLAR

07.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

"Cebheinfo.az" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Gürcüstan istiqamətindən “Qırmız Körpü” gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan “kartof” yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью