Gömrükçülərin maaşı verildi 3 ay sonra...

30.01.2025

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsinin 3 aydır əmək haqqını ala bilməyən əməkdaşlarının maaşları artıq ödənilib.

Sitat.info xəbər verir ki, bu barədə Modern.az-a Komitədən məlumat verilib.

Xatırladaq ki, bundan öncə mediada DGK əməkdaşlarından bəzilərinin 3 aydır maaş almadığına dair məlumat yayılmışdı. Komitə sədri Şahin Bağırov da mediaya açıqlamasında məlumatı təsdiqləyərək, bəzi texniki məsələlərin olduğunu, yalnız onların həllindən sonra maaş veriləcəyini bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью